SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmazın başçı müavini restoranının işığını kəsən rəislə qırğına çıxdı

Xaçmazın başçı müavini restoranının işığını kəsən rəislə qırğına çıxdı

Tarix:

13-10-2017, 09:38

/ 94 367 dəfə oxundu.
Xaçmazın başçı müavini restoranının işığını kəsən rəislə qırğına çıxdı

Xaçmazın icra başçısı müavini Bəxtiyar Osmanov ona məxsus “Şahzadə” şadlıq sarayının işığının kəsilməsinə etiraz edib
Bu barədə verilən xəbərə görə, icra başçısının müavini rayon işıq idarəsi müdirinə zəng edərək izahat tələb edib.
İdarə rəisi B.Osmanova izah edib ki, Xaçmazdakı elektrik xətlərində qısaqapanma mövcuddur və bütünlüklə yenilənir. Ona görə də elektrik enerjisinin təchizatını müvəqqəti dayandırmaq məcburiyyətində olublar.
Amma başçı müavini gülməli şəkildə bildirib ki, camaatın işığının kəsilməsinin onun obyektinə aidiyyatı olmamalıdır.
İdarə rəisi ilə qırğına çıxan başçı müavini qəbul etməyib ki, rayonda xətlərin dəyişdirilməsi prosesində onun restoranı istisna edilə bilməz.
Amma B.Osmanov şadlıq sarayında işığın kəsilməsinə görə dəyən ziyanın kompensasiya olunmasını belə tələb edəcəyi gözləniləndir. Onun rayonda xeyli sayda obyektlərinin olduğu və biznesmen kimi tanındığı bildirilir.
Daxil olan xəbərdə iddia edilir ki, B.Osmanovun qaynı İdris Axundov müsavatçı kimi Avropaya mühacirətə gedib.
Onun vaxtilə müstəntiq işlədiyi, sonra rayonda özünə iş tapa bilmədiyini bəhanə etdiyini deyərək Avropa ölkələrindən birinə getdiyi bildirilir.
Yeznəsi rayonda başçı müavini olan, özü müstəntiq işləmiş bir şəxsin iş tapa bilməməsi Azərbaycan reallığında yeni analoqsuz hadisədir.
Onun Avropa həyatını seçməsi və üstəlik partiya üzvü olmadığı halda müsavatçı kimi mühacirətə getməsi növbəti analoqsuz faktdır.
Xaçmazın icra başçısı Şəmsəddin Xanbabyevin bu kadrı vəzifədə saxlaması isə absurdun təntənəsidir. Onu da yada salaq ki, Ş.Xanbabayev indi də Şollar su kəmərinin üstünü satmağa başlayıb.
Şollar su kəmərinin üstündə ticarət obyektləri tikilir. Əhalinin təhlükəsizliyinə bir təhdid olan bu addımı düşünmədən atan icra başçısı öz mənfəətini güdüb.
Ölkənin heç bir regionunda icra başçıları bu qədər acgözlük nümayiş etdirmir. Xaçmazın rəhbəri isə rayonu altını üstünə çevirib, harda boş sahə görür satır. Ancaq bu dəfə bütün sərhədləri aşaraq Şollar kəmərinin üstünü də sahibkarlara verib.
Qanunvericiliyə görə 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 20 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.
Amma şollar su kəmərinin Xaçmaz şəhərindən keçən hissəsində qanunvericiliyin bu tələblərindən əsər-əlamət yoxdur. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ