Lerik rayon Təhsil şöbəsində 5 müdir var… – ŞOK İDDİA
“Bu rayon yiyəsiz qalıb”
Lerik rayon Təhsil Şöbəsində anarxiya baş alıb gedir. Belə ki, bir müddətdir, rayon təhsil şöbəsinə müdir təyin edilmir.
“Müdir vəzifəsi”ni isə bir neçə nəfər idarə edir.
Korrupsiya yuvasına çevrilmiş və rüşvətin baş alıb getdiyi bu təhsil müəssisəsində sahibsizlik mühiti yaşanır.
Rayon təhsil şöbəsində çalışan şəxslərdən birinin qaynar.info-ya verdiyi məlumata görə, özbaşınlıq sərhəd tanımır və dövlət müəssisəsi özəl mülkiyyət kimi dağıdılır və hərraca çıxarılıb.
“İnspektordan tutmuş adi süpürgəçiyə qədər hamı özünü rəhbər kimi təsəvvür edir. Rayon İcra Hakimiyyəti də bu anarxiyanın qarşısını ala bilmir. Əvvəlki dövründəki nizam-intizamdan əsər-əlamət qalmayıb”, – mənbə deyir.
“Təhsil naziri Mikayıl Cabbarov ölkə təhsilinə bundan böyük zərbə vura bilməzdi, bunu da vurub. Hətta məktəblərə göndərilən ləvazimatlar bu anarxiya nəticəsində ünvana çatmır. Yaxın günlərdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi, həmçinin maliyyə və təhsil nazirliyi bu qurumda yoxalama keçirsələr, baş verən anarxiyanın və qanunsuzluğun miqyasını görəcəklər”, – təhsil şöbəsinin əməkdaşı bildirir.
Onun sözlərinə görə, yaxın günlərdə bu müəssisəyə müdir təyin edilməsə, vəziyyət bundan da ağır bir duruma düşəcək: “Onsuz da Lerik bir rayon olaraq, yiyəsiz qalıb, təhsil çöbəsinin də bu duruma düşməsi əsl faciə deməkdir”.
Maraqlıdır, Lerik rayon Təhsil Şöbəsinə rəhbərlik edənlər kimlərdir? Və kimlər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər? Bütün bu barədə yaxın günlərdə detallı faktlar açıqlanacaq.
Bizi izləyin…
Qaynarinfo.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...