XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir

Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir

Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir
2-02-2017, 20:38

2 fevral 2017-ci il tarixdə Bərdə şəhər 1№li Uşaq İncəsənət məktəbində  Respublika Gənclər günü münasibətilə rayon gənclərinin bayram tədbiri keçirilmişdir.
             Tədbirdə rayon  İcra  Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin baş məsləhətçisi, ”Respublikanın Əməkdar Məşqçisi” Tofiq Eyvazov , Bərdə rayon Gənclər və İdman İdarəsinin  kollektivi , idarə,müəssisə və təşkilatlarından, KİV-lərdən nümayəndələr və fəal gənclər iştirak etmişdir.       Cəmi:        130  nəfər
            Tədbirdən öncə rayonun fəal gənclərinin bir qrupu və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad etdilər.
            Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq təbrik iştirakçılarını salamladı, gəncləri bayram günü  münasibəti ilə təbrik  etdi və tədbirdə iştirak edən qonaqları təqdim etdi.
            Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
           Çıxışlara başlamazdan əvvəl  Vətən torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş gənclərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
           Sonra tədbir iştirakçılarına könüllülər tərəfindən hazırlanmış Cənclər və İdman idarəsinin 2016-cı il ərzindəki fəaliyyətini əks etdirən  videoçarx  nümayiş olundu.
            Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazovun  idarənin fəaliyyəti barədə geniş və ətraflı məruzəsi dinlənildi. O, məruzəsində gənc nəslin sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə, hər bir dövlət üçün ən başlıca məsələ olduğunu, Gənclər Siyasətinin banisi ulu öndər Heydər Əliyevin daima bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsindən, rayonumuzda 42 mindən  yuxarı yeniyetmə və gəncin yaşamasından, onlara göstərilən diqqət və qayğıdan , 2016-cı ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərdən danışdı.
           Gənclər və İdman Nazirliyinin Gənclər idman şöbəsinin baş məsləhətçisi, ”Respublikanın Əməkdar Məşqçisi” Tofiq Eyvazov çıxış edərək    əsası   ulu öndər  Heydər  Əliyev tərəfindən  qoyulmuş və bugün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilən Dövlət Gənclər siyasətinin əhəmiyyətindən və uğurla davam etdirilməsindən danışdı. Qeyd etdi ki, hələ yenicə müstəqillik qazanmış Azərbaycanın gələcəyini  ulu  öndərimiz çox parlaq görərək söyləmişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu sözlər artıq təsdiqini tapmışdır. Hər birimiz son dövrlər ölkəmizin paytaxtı Bakı şəhərinin bir sıra beynəlxalq tədbirlərə, forumlara və idman yarışlarının keçirilməsinə ev sahibliyi etməsinin şahidi oluruq. “Bakı- 2015 “  I Avropa Oyunlarının möhtəşəm keçirilməsi bunları sübut etdi və bu sadalananlar ulu öndərin uzaqgörənliyini bir daha təsdiq etdi. Sonra T.Eyvazov karate-do üzrə məşqçi müəllim, II dan qara kəmər sahibi Nurəddin Əliyevə Nazirliyin kollegiyasının 19 dekabr 2016-cı il tarixli qərarı ilə “Respublikanın Əməkdar Məşqçisi” fəxri adının verilməsini diqqətə çatdıraraq ona döş nişanını və fəxri ad vəsiqəsini təqdim etdi.
            Bərdə rayon  İcra  Hakimiyyətinin istimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Eldəniz Səfərov çıxış edərək rayon İcra Hakimiyyəti başçısı cənab Vidadi İsayevin təbriklərini və ən xoş arzularını gənclərə çatdırdı.
Sonra o, ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən və bu proseslərdə gənclərin rolunun əhəmiyyətindən danışdı.
            Karate-do üzrə məşqçi müəllim, II dan qara kəmər sahibi, “Respublikanın Əməkdar Məşqçisi” Nurəddin Əliyev   çıxış edərək onun əməyinə verilən bu yüksək qiymətə görə Gənclər və İdman naziri cənab Azad Rəhimova öz dərin minnətdarlığını bildirdı.
          Bərdə Dövlət İdarəetmə və Texnoloğiya kollecinin I kurs tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına vətənpərvərlik klubunun sədri Şəbnəm Süleymanova, Bərdə regional ASAN Xidmət mərkəzinin böyük məsləhətçisi Səbuhi Əvəzli və fəal gənc Namaz Kərimov çıxış edərək  ümummilli lider Heydər Əliyevin daima gənclərə göstərdiyi diqqət və qayğıdan, onun müəllifi olduğu Dövlət Gənclər Siyasətinin bu gün də ölkə Prezidenti  İlham Əliyev cənabları tərəfindən yeni dövrün tələblərinə uyğun həyata keçirilməsindən və məhz bu görülən işlərin nəticəsində gənclərimizin dünyaya inteqrasiya etmələrindən, gənclər və idman sahəsində əldə etdikləri nailiyyətlərdən danışdı.
               Çıxışlardan sonra    “2 Fevral- Gənclər Günü”   münasibətilə Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkiatçılığı ilə keçirilən rayon məktəblərinin yeniyetmələrdən ibarət komandaları arasında  “Nə?Harada?Nə vaxt?””  İntellektual Oyununun rayon çempionatının qalibləri və “Dövlət Gənclər siyasətinin “ həyata keçirilməsində fəallığına görə fərqlənənlər Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları, Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə  mükafatlandırıldılar.
               Tədbirin rəsmi hissəsindən sonra Bərdə şəhər 1№li Uşaq İncəsənət məktəbinin hazırladığı konsert proqramı gənclərə təqdim olundu.
Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir
Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir
Bərdədə 2 fevral Gənclər günü münasibətilə bayram tədbiri keçirilmişdir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.