SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA

Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA

Tarix:

25-08-2017, 13:00

/ 93 652 dəfə oxundu.
Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA

Gədəbəy evlərinin bərbad görüntüsünü prezidentdən gizlətmək məqsədi ilə Ramiz Yediyarov çox ucuz üsula əl atıb
Gədəbəyin icra başçısı Ramiz Yediyarovun fantaziyasına həsəd aparmaq lazımdır. Bir müddət əvvəl icra başçısı taxta arka düzəldib rayonun əsas küçəsindəki bərbad durumu gizlətmək üçün işə necə girişmişdisə, indi də həmin şövqlə saxta təmir görüntüsü ilə həmin küçələrdəki evlərin bərbad durumunu gizlətmək istəyir.
Ölkə prezidenti İlham Əliyevin Gədəbəyə gözlənilən səfəri ilə əlaqədar olaraq icra başçısı Ramiz Yediyarovun apardığı “yenidəqurma işləri” ilə bağlı müraciət edən Gədəbəy sakinləri deyirlər ki, Yediyarovun ört-basdır etmək, gizlətmək bacarığına mat qalıblar.
Bundan əvvəl də yazmışdıq, bir də yada salaq. Deməli dövlət başçısının öz ölkəsinin yüz min əhalisi yaşayan bir bölgəsinə səfəri gözlənilir. Prezidentin həmin bölgəyə rəhbər təyin etdiyi şəxs isə həmin yüz min əhalinin gözü qarşısında öz rəhbərini aldatmağa cəhd edir. Aşağıda linkdə Ramiz Yediyarovun ölkə prezidentini necə aldatmağa cəhd eləməsi ilə bağlı yazıyla bir daha tanış ola bilərsinis. Amma məsələ ondadır ki, bu yazıdan sonra icra başısı saxta “yenidəqurma işlərini” dayandırmadı, ki, biz buna ümid edirdik, əksinə “gözdən pərdə asmaq” işlərini daha da genişləndirdi.
Aşağıda sizə təqdim etdiyimiz şəkildən də görünür ki, icra başçısı özünü sığortalamaq üçün ən adi “tryuklara” belə əl atır. Gədəbəy sakinləri bildirir ki, bərbad halında olan Gədəbəy evlərinin görüntüsünü prezidentdən gizlətmək məqsədi ilə Ramiz Yediyarov çox ucuz üsula əl atıb. Şəkildən də gördüyünüz kimi, Prezidentin səfər zamanı olacağı ərazidə evlərin qarşısından dekorasiya pərdəsi asılıb. Amma məsələ ondadır ki, həmin evlərdə heç bir təmir işləri aparılmır. Sakinlərin şikayəti isə ondandı ki, Ramiz Yediyarov onların normal həyat şəraitlərinə müdaxilə edərək, evlərinin qarşısından dekorasiya pərdələri asdırıb. Bu isə həmin evlərdə yaşayan insanların təbii narazılıqlarına səbəb olub.
Daha əvvəl Gədəbəyin bərbad görüntüsünü prezidentdən gizlədə bilmək üçün şəhərin mərkəzində taxtadan arka tikdirərək gediş-gəlişə ciddi maneeə yaradan icra başçısı indi də sakinlərin evlərinin qarşısına dekorativ pərdə asmaqla vizual görüntü yaratmağa çalışır.
Əslində Yediyarovla bağlı hər şey aydındır. O, taladığı vəsaitlərin məsuliyyətindən qorxub belə edir. Bəs cənab prezidentin səfərinə məsul olan yüksək vəzifəli şəxslər bu maxinasiyaya niyə göz yumur, onların marağı nədir?
Yada salaq ki, Ramiz Yediyarov bir müddət əvvəl rayonun əsas küçəsinə arka-dekorasiya qoydurmuşdu və rayonun heyvandarlıqla məşğul olan sakinlərini böyük problemlərlə üz-üzə qalmışdılar.
Sakinlər deyirirlər ki, başçı təyin olunduğu 5 ildən artıq bir müddətdə Gədəbəyə abadlıq üçün ayrılmış külli miqdarda vəsaiti rayon maliyyə idarəsinin rəisi ilə əlbir olaraq mənimsəyiblər. Bu illər ərzində dövlətin Gədəbəyin abalaşdırılması üççün ayırdığı pullardan ortaya heç nə çıxmayıb. Daha doğrusu 5 ildən artıq Gədəbəydə at oynadan Ramiz Yediyarov ortaya yalnız büdcə idarələrində çalışan işçilərin əmək haqqları və sahibkarlardan yığılan haqq hesabına tikilən H.Əliyev mərkəzi və Bayraq meydanı, bir də alayarımçıq üzlənmış 2 bina çıxarıb. İndi isə bunu da etmək istəmir. Bərbad fasadı olan binaların üzərinə dekorasiya pərdələri çəkdirərək, bununla da işini bitmiş hesab edir. Bəs büdcədən bu məqsədlər üçün ayrılmış pullar kimin cibinə gedir?
Qeyd edək ki, Gədəbəydən verilən məlumata görə yaxın vaxtlarda rayona səfəri gözlənilən dövlət başçısının Gədəbəy səfəri çərçivəsində rayonun mərkəzində, “kruq” adlanan ərazidə yeni qurulmuş su-kanalizasizasiya sisteminin açılışını etməsi nəzərdə tutulur. Yediyarov işlədiyi müddətdə cəmi bir mərkəzi küçəsi olan, (küçənin uzunluğu 1500 metrdi), rayonun elə həmin küçəsini yarısına qədər alayarımçıq abadlaşdırıb. Lakin rayonun əsas hissəsi bərbad haldadır və açılış vaxtı prezident real vəziyyəti görə bilər, deyə icra başçısı rayonun tən ortasında, rayonu və ölkəni sərhədyanı ərazilərlə birləşdirən yolun ən darısqal yerində yöndəmsiz bir giriş tağı (arka) tikdirmişdi, indi isə bu saxtakarlığını daha da böyüdür. Taxta arkanı saxta təmir görüntüsü verməklə vəziyyətdən çıxmağa çalışır. Amma bu saxtakarlıqlar Gədəbəydəki korrupsiyanı ört-basdır edə bilmir. Bircə külək əsməsi taxta arkanı da, əski üzərinə çəkilmiş saxta evləri də uçuracaq, Gədəbəyin mərkəzi küçəsinin böyük bərbadlıqlarını ortaya qoyacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

PİA.AZ
Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA
Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA
Yediyarov çaldı-çapdı mahalı... - Başçı ilə bağlı İDDİA

Şərhlər

XƏBƏR LENTİ