"İcra Hakimiyyətinin əməkdaşları hər ay məndən 500 manat rüşvət istəyirlər" - ŞƏMKİR SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT
Şəmkir rayon sakini Möyləqulusoy Fizuli Tahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid ailəsinin üzvü olduğunu bildirən şikayətçi iddia edir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri hər ay ondan 500 manat rüşvət tələb edirlər:
“Mən, Möyləqulusoy Fizuli Tahir oğlu, çarəsiz qalıb mətbuat vasitəsilə saləhiyyətli qurumlardan kömək istəyirəm.
Bildirim ki, biz Şəmkir-Gədəbəy yolunun kənarında - "Yasamal perevalı" deyilən ərazidə çörək pulumuzu qazanmağa çalışan kasıb ailəyik. Yüngül ticarətlə məşğul olub, ailəmi dolandırıram. Burada heç bir tikintidən söhbət gedə bilməz. Çəkdiyim video vasitəsilə də aydınlıq gətirmişəm. Yoldan xeyli aralı əraziyə qoyduğum stolların yerini hər zaman dəyişmək mümkündür. Bir daha qeyd edim ki, maşın yolundan xeyli aralıda xırda ticarətlə məşğul oluruq.
Əmim oğlu şəhiddir. Onun adından istifadə etmək niyyətində deyiləm. Amma məndən hər ay 500 manat pul istəyən şəxslərə də demişəm ki, şəhid ailəsiyəm, icazə verin çörəyimi qazanım.
Şəmkir Rayon İcra Hakimiyyətində işləyən bir neçə nəfər hər ay məndən 500 manat pul istəyir. Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm".
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...