Zaqatalada tariximizə ögey münasibət... - FOTOFAKT
Məmməd Əmin Rəsulzadənin Zaqataladakı abidəsi baxımsız qalıb.
Azərbaycan Xalq Cümhuriyyətinin banisinin abidəsinin üzərindəki yazılar uzun müddət əvvəl tökülsə də, heç bir yeniləmə aparılmır.
Mərhum Azərbaycan prezidenti Heydər Əliyev və onun davamçısı, ölkə başçısı İlham Əliyev Rəsulzadənin xatirəsini daima əziz tutsalar da, nədənsə məmurlar dahi şəxsiyyətə qarşı biganə yanaşırlar. Hətta bir müddət öncə 2015-ci il oktyabrın 1-də 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən millət vəkili seçilən Naqif Həmzəyev də Rəsulzadəyə qarşı təhqiramiz fikirləri ilə gündəmə gəlmiş, əvəzində ictimaiyyət tərəfindən layiqli cavabını almışdı.
Maraq üçün bildirək ki, prezident İlham Əliyev şəxsən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam da imzalayıb.
Görünür, Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi ölkə başçısının sərəncamından xəbərsizdir.
Yenicag.az 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək