SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad müəllimlərindən İlham Əliyevə MÜRACİƏT - Ölkə təhsilini qarolçulardan qurtarın

Cəlilabad müəllimlərindən İlham Əliyevə MÜRACİƏT - Ölkə təhsilini qarolçulardan qurtarın

Tarix:

2-08-2017, 13:51

/ 58 778 dəfə oxundu.
Cəlilabad müəllimlərindən İlham Əliyevə MÜRACİƏT - Ölkə təhsilini qarolçulardan qurtarın

xalqxeber.az: Bir qrup Cəlilabad müəllimləri tərəfindən xalqxeber.az-ın redaksiyasına müraciət daxil olmuşdur. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

Hörməti Cənab Prezident İlham Əliyev
Hörmətli Birinci Vitse-Prezident Mehruban xanım Əiyeva

Xəbəriniz var ki, ölkənin təhsilini Mikayıl Cabbarov deyil, Thomas Crown idarə edir ?
Ölkə əldən gedir , sizin fərmanlarınız və nazirlər kabinetinin qanunları saya salınmır və bu o, deməkdir ki, sizi sayan yoxdur. Əvvəl idmançıları indi isə müəllimləri hökümətdən narazı salırlar. Bu nə idarəçilikdir , bu nə biabırçılıqdır? Müəllimləri onlara tanış olmayan gah yeni təlim metodları ilə , gah da dq ilə sınağa çəkib qorxutmaqla idarəçilik olmaz. Xaricdə oxumağı əllərində bayraq tutaraq özlərini çoxbilmiş aparmaqla idarəçilik olmaz. Təhsilimizi elə bir vəziyyətə salıblar ki, elə bir qoruqdur. Vəzifələri pulla satır , göz boyamaq üçün isə bir iki şəffaf olmayan müsabiqələr həyata keçirilir. Diaqnostik qiymətləndirmə keçirərək müəllimlərin guya əmək haqqı qaldırılmışdı, indi isə müəllimlərin dərsləri əlindən alınaraq vakanta çıxarılır . Təhsil sahəsindəki aparılan bütün islahatlar məhv olmuş durumdadır . Xahiş edirik ya normal adam tapıb bu qarovulçuları bu təhsildən qovun, ya da şeyxi çağırın təhsilimizə fatihə versin.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ