Alı Alıyevin rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib
- 31-01-2017, 10:24
- 1 834
Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyevin məcburi köçkünlərə vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanını onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsini ədalətli addım adlandıran Alı Alıyev bildirib ki, bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək 36 manat vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablayacaq ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək.
Alı Alıyev bildirib ki, bununla da işıq, qaz və sudan istifadədə israfçılığa yol verilməyəcək, qənaət məsələsi yaranacaqdır.
Çıxış edənlər məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Fərmanını məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.