Rafil Hüseynovun işçiləri sahibkarı təngə gətirib... - ŞİKAYƏT
- 26-07-2017, 17:01
- 81 583
Sahibkar deyir, gölün biri 61, digəri 7 hektardır. 20 ildən çox imiş ki, fəaliyyətsiz qalıb, zibilliyə çevrilibmiş. Dediyinə görə, 7 il əvvəl 150 min manat xərc çəkərək gölləri bərpa edib, 44 min manatlıq müxtəlif növ balıq alaraq gölə buraxıb. İndiyədək təkcə balıqların yemlənməsinə 67 min manat xərcləyib. Dövlət Əmlak Komitəsindən iri gölə şəhadətnamə, kiçik gölə Çıxarış var. Bununla belə, yerli məmurlar sahibkara əngəllər yaradır. Sahibkar danışır: «Masallının icra hakimiyyətinin işçiləri, demək olar, hər gün göl kənarına gəlirlər, gölün suyunu açıb ətrafa buraxırlar. Məqsəd də odur ki, məni incidə-incidə qurduğum işdən könüllü imtinama nail olsunlar. Gözləri qurub yaratdığım hazır təsərrüfata düşüb. Son həftədə 200-dən çox balıq tələf olub. Bu göldən azı 20 ailəyə hər ay 300 manat maaş gedir. Bu o deməkdir ki, kənddə azı 20 ailənin çörəyi var. Gəlin, kənddə qapıları döyün, soruşun, görün hansı ailəyə ayda 300 manat maaş gəlir? Hansı məmur hansı kəndliyə iş, çörək verir?».
Sahibkar deyir, hər həftə tələf olan təkcə balıqlar deyil, həm də onun təsərrüfata yatırım etdiyi puldur.
Qarşı tərəfi də dinləməyə hazırıq...
DIA.AZ