Rafil Hüseynovun işçiləri sahibkarı təngə gətirib... - ŞİKAYƏT
«Məmurlar balıqçılıq təsərrüfatımı dağıdır. Kanallar vasitəsilə mənə məxsus göllərin suyunu ətrafa yönləndirirlər. Lazımsız sahələri su basır, əvəzində sənədlə-sübutla istifadəmdə olan göllərim quruyur, hər həftə yüzlərlə balıq tələf olur. Bu da o deməkdir ki, hər həftə azı 20 ailə evinə çörək apara bilmir, qurduğum iş isə hər həftə bir az da çökür». Məlumata görə, Masallının Xallıcalı kənd sakini Vidadi Quliyev uzun müddətdir ki, yaşadığı kəndin yaxınlığında balıqçılıq təsərrüfatı yaradıb. Yanaşı olan iki göldə müxtəlif növ balıq yetişdirməklə məşğuldur. Lakin deməsinə görə, yerli məmurlar ona qurduğu işi davam etməyə imkan vermirlər. Fəaliyyətinin tam qanuni olmasına baxmayaraq, demək olar ki, hər gün əngəllərlə qarşılaşır.
Sahibkar deyir, gölün biri 61, digəri 7 hektardır. 20 ildən çox imiş ki, fəaliyyətsiz qalıb, zibilliyə çevrilibmiş. Dediyinə görə, 7 il əvvəl 150 min manat xərc çəkərək gölləri bərpa edib, 44 min manatlıq müxtəlif növ balıq alaraq gölə buraxıb. İndiyədək təkcə balıqların yemlənməsinə 67 min manat xərcləyib. Dövlət Əmlak Komitəsindən iri gölə şəhadətnamə, kiçik gölə Çıxarış var. Bununla belə, yerli məmurlar sahibkara əngəllər yaradır. Sahibkar danışır: «Masallının icra hakimiyyətinin işçiləri, demək olar, hər gün göl kənarına gəlirlər, gölün suyunu açıb ətrafa buraxırlar. Məqsəd də odur ki, məni incidə-incidə qurduğum işdən könüllü imtinama nail olsunlar. Gözləri qurub yaratdığım hazır təsərrüfata düşüb. Son həftədə 200-dən çox balıq tələf olub. Bu göldən azı 20 ailəyə hər ay 300 manat maaş gedir. Bu o deməkdir ki, kənddə azı 20 ailənin çörəyi var. Gəlin, kənddə qapıları döyün, soruşun, görün hansı ailəyə ayda 300 manat maaş gəlir? Hansı məmur hansı kəndliyə iş, çörək verir?».
Sahibkar deyir, hər həftə tələf olan təkcə balıqlar deyil, həm də onun təsərrüfata yatırım etdiyi puldur.
Qarşı tərəfi də dinləməyə hazırıq...
DIA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...