SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Mingəçevir şəhərində şəhidin adını daşıyan məktəb acınacaqlı vəziyyətdədir - FOTOLAR

Mingəçevir şəhərində şəhidin adını daşıyan məktəb acınacaqlı vəziyyətdədir - FOTOLAR

Tarix:

14-02-2024, 11:49

/ 1 063 dəfə oxundu.
Mingəçevir şəhərində şəhidin adını daşıyan məktəb acınacaqlı vəziyyətdədir - FOTOLAR

Mingəçevir şəhəri Şəhid Baxşəli Şixəliyev'in adını daşıyan 6 saylı tam orta məktəb çirkab içindədir.  

Bu barədə Mingəçevir şəhərində yaşayan sakinlər "Azərbaycan Reallığı"na məlumat verib. Onların sözlərinə görə Heydər Əliyev prospektində yerləşən bu məktəb 10 ildən artıqdır baxımsız vəziyyətdədir:

"İşə gəlib çatanda stres-əsəb, gərginlik keçirirsən, bu acınacaqlı vəziyyətdən şəhər icra hakimiyyətindən tutmuş regional təhsil idarəsinə qədər hər birinin məlumatı var amma bir tədbir görən yoxdur. 518 şagird və 71 işçisinin gedəcəyi cəmi bir sanitar qovşaqı var.

Sözün əsl mənasında biabırçlıqdır, məkdəbdə nə akt zalı nə büfet nə də idman zalı var. Bizi demirik gəlin bizim şəxsi evimizi təmir edin , şəhid adını daşıyan bir məktəbin bu durumda olması həqiqətən utancvericidir, dərdimizi kimə deyək bilmirik xaiş edirik ictimailəşdirin bəlkə kömək oldu" deyə sakinlər bildirib.







Şərhlər

XƏBƏR LENTİ