SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Biləsuvarda baş həkimlə TSEK sədrindən qadına qarşı saxtakarlıq

Biləsuvarda baş həkimlə TSEK sədrindən qadına qarşı saxtakarlıq

Tarix:

21-07-2017, 09:57

/ 118 257 dəfə oxundu.
Biləsuvarda baş həkimlə TSEK sədrindən qadına qarşı saxtakarlıq

Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil, YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən məktub daxil olub
Onun sözlərinə görə, prezidentə və dövlət rəsmilərinə bu şikayət ərizəsini yazmağa vadar edən səbəb Biləsuvar rayon xəstəxanasının baş həkimi və 30 saylı Tibbi Sosial Ekspert Komissiyasınin sədri Xoşbəxt Ağayevadır:
“Onların saxta rüşvətxor , qanunsuz əməlləridir. Baş həkim və Xoşbəxt Ağayeva hörmətli prezidentimizin rüşvətxorluğa qarşı verdiyi qərarlarını, tapşırıqlarını baş ayaq icra etməkdə davam edirlər.
Mənim bacım Qiyasova Gülxas Şahverdi qızı 1957-ci il təvəllüdlüdür. Həyat yoldaşı 30 ildir ki, atıb Rusiya dövlətinə gedib, övladı yoxdur. Evdə tək yaşayır.
Xoşbəxt Ağayeva bacımın təhsilsiz və avam olduğundan istifadə edib sənə pensiya düzəldəcəm. Ayda 200 (iki yüz) manat pensiya alacaqsan. 3000 (üç min) manat pul düzəlt gətir, baş həkimlə söhbət edəcəm.
2012-ci ildə bacım Qiyasova Gülxasdan dələduzluq yolu ilə 3000 (üç min) alıb ona saxta sənəd veriblər. Deyib ki, denən altı ay xəstəxanada yatıb müalicə almışam.
Sənədləri apar keçmiş TSEK-in sədri Mustafa İbadova ver. Tapşırmışam soruşsalar denən qıçlarım şişir , sol qolum quruyur, sinəm göynəyir. Təngənəfəs oluram. Bu sözləri öyrədib xəstəliyin ürək çatışmazlığıdır”.
Şikayətçi bacısının başına gələnləri nəql edib: “Bacım savadsız olduğundan həmin sənədlərin surətini özündə saxlamayıb. Mən dəfələrlə xəstəxanaya getmişəm. Sənədin sürətini mənə verməyiblər.
Fevral ayında xəstəxanaya getdim. Xoşbəxt Ağayevanın yerində işləyən Fatma doktor dedi ki, bizə tapşırıblar sənədin dublikatını verə bilmərik. Sonra həkim Vaqif Məlikova müraciət etdim.
Ondan sənədin surətini istədim, o da vermək istəmədi. Dedim ki, nazirə teleqram vurmağa gedirəm. Ən nəhayət sənədin dublikatını Vaqif Məlikov mənə verdi.
Cənab prezident, hörmətli məsul şəxslər, xahiş edirəm bacıma saxta verilmiş sənədlər araşdırılıb kim tərəfindən verilməsi və saxtalığı təsdiq olunsun. Saxtakar olan bu insanlar haqqında cinayət işi başlansın.
Onu da qeyd edim ki, Biləsuvar rayonunda əlillik dərəcəsi alanların 50- 60 faizi Şamil Cəfərov və Xoşbəxt Ağayevanın saxta sənədləri əsasında alıblar.
Mən belə düşünürəm ki, bunlar Biləsuvarda əksər gəncləri saxta sənədlə əlillik dərəcəsi verəcəklər. Biləsuvarda bir ilə hərbi xidmətə gedən və torpaqlarımızı qoruyan olmayacaq.
Biz vətəndaşlar hörmətli nazir Səlim Müslümovun prezidentin sərəncamı ilə ƏƏSM–i naziri təyin olunmasını və nazirin çıxışlarını eşitdik ki, hər şey şəffaf olmalıdır.
Çox sevindik. Lakin Biləsuvarda Baş həkim və Xoşbəxt Ağayeva bu gün də çirkin əməllərini davam etdirirlər.
Sizdən xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım”.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ