Eldar Mahmudovun həbsi gündəmdə...
“Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər”.
Bu sözləri açıqlamasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara bildirərkən deyib.
A. Nağıyev qeyd edib ki, məhkəmə və Baş Prokurorluq tərəfindən cinayət işinin açılması ilə bağlı vəsatət qaldırılıb: “Təbii ki, Baş Prokurorluğun öz qərarı ola bilər. Çünki əsas qərarı onlar verəcək. Eyni zamanda burada siyasi motivlər ola bilər. Çünki Eldar Mahmudov nazir səviyyəsində vəzifə sahibi olub. MTN polkovniki Vüsal Ələkbərov haqqında qərardan sonra məhz belə bir vəsatət qaldırılıb.
Proseslər davam edir, bu hələ son demək deyil. Həbs məsələsinə isə ancaq məhkəmənin gedişatındam sonra qərar vermək olar. Kiminsə haqqında vəsatət qaldırmaq hələ onun həbs olunması demək deyil. Obyektiv və subyektiv səbəblər olandan sonra cinayət işi qaldırılır. Həbs üçün əsas qərarverici orqan məhkəmə olmalıdır.
İndi müəyyən epizodlar üzrə məhkəmə prosesi yekunlaşa bilər. Burada məhkəmə prosesi bir neçə şaxələnmiş hissədən ibarətdir. Belə ki, bir epizod yekunlaşır və digərləri haqqında proses davam edir”.
“Qafqazinfo”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək