SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Zəhra körpənin qanı yerdə qalmayacaq - AXCP-dən BƏYANAT

Zəhra körpənin qanı yerdə qalmayacaq - AXCP-dən BƏYANAT

Tarix:

7-07-2017, 12:57

/ 113 521 dəfə oxundu.
Zəhra körpənin qanı yerdə qalmayacaq - AXCP-dən BƏYANAT

Ermənistan rəhbərliyi iyul ayının 4-də bütün beynəlxalq hüquq normalarını pozaraq, eləcə də bütün insani dəyərləri aşağılayaraq iç üzlərini bir daha nümayiş etdirdi. Belə ki, həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq 2 yaşlı Quliyeva Zəhranı və nənəsini vəhşicəsinə qətlə yetirdilər.
Bu hadisə, istər insani dəyərlər prizmasından, istər beynəlxalq hüquq normaları çərçivəsində yanaşıldıqda, qatı, ağır cinayətdir, insanlığıa qarşı, bəşəriyyətə qarşı vəhşilikdir. Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı bu vəhşiliyi hər zaman, tarix boyu törədib. Mənfu qonşu illərdir və bu gün də, atəşkəs dövründə belə demək olar ki, hər gün atəşkəs rejimini pozaraq, cəbhə bölgəsində yaşayan dinc azərbaycanlıları qəsdən hədəfə götürərək, mülki əhaliyə qarşı murdar terror siyasəti yürütməkdə davam edir.
Son baş verən olay isə artıq səbrin son damlasıdır. 2 yaşlı məsum Zəhra körpənin, o günahsız mələyin vəhşicəsinə qətl edilməsi, bunun ardından isə Ermənistan rəsmilərinin bunu normal hal kimi qəbul edərək, utanmadan Azərbaycan dövlətini günahlandırması, eləcə də Ermənistan mülki vətəndaşlarının sosial şəbəkələrdə körpə uşağın öldürülməsini bayram etməsi dözüləcək, səbr ediləcək hadisə deyil.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bütün beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı terrorunu durdurmağa çağırır. Lakin nə AXCP-nin, nə də Azərbaycan xalqının artıq BMT başda olmaqla heç bir beynəlxalq təşkilata inamı, ümidi qalmayıb. 25 ildir ki, 1 milyondan çox azərbaycanlı Ermənistanın silahlı təcavüzü nəticəsində öz dədə-baba torpağından didərgin salınıb, qaçqın həyatı yaşayır. 25 ildir Ermənistan ordusu mülki azərbaycanlıları, qoca, qadın, uşaq demədən vəhşicəsinə qətl edir. Və bu 25 ildə BMT və digər beynəlxalq təşkilatların, qurumların Ermənistana qarşı qəbul etdiyi bütün qərarlar, qətnamələr yalnız kağız üzərində qalıb. Ermənistan isə qoltuğuna sığındığı böyük güclərə güvənərək öz terroruna davam edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası beynəlxalq təşkilatları ikili standartlardan uzaq olmağa, hər kəsi öz adıyla çağırmağı tələb edir. Birinci növbədə, ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı adlandırmalı, onun hərəkətlərini ən kəskin sözlərlə qınamalıdır. Əks halda, Azərbaycan hökuməti Minsk Qrupunun yeni formatda şəkillənməsini qətiyyətlə tələb etməlidir.
2 yalşı mələyin - Zəhranın ölümü Ermənistanın son vəhşiliyi, son terroru olmalıdır. Hansı yolla olur-olsun Azərbaycana qarşı bu terror durdurulmalıdır. Günhakarlar, başda Ermənistan respublikasının prezidenti, əli azərbaycanlı qanına, körpə qanına batmış Serj Sarqisyan kimi qatı cinayətkarlar cəzalarını almalıdırlar. Azərbaycan dövlətinin, Azərbaycan xalqının işğalçı rejimi süpürüb atmaq üçün gücü, qüdrəti var.

Şərhlər

XƏBƏR LENTİ