Sahibə Qafarovanı şənbə günü Londona dəvət ediblər
“Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək”.
Bunu “Report”a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
“Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik”, - səfir bildirib.
Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək