SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

Tarix:

11-04-2023, 13:24

/ 330 dəfə oxundu.
İlham Əliyevin Qazaxıstan səfərində hansı razılıqlar əldə olundu?

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində bir sıra razılıqlar əldə olunub.

Bu barədə Qazaxıstan baş nazirin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib. 

Ticarət naziri qeyd edib ki, Azərbaycandan Qazaxıstana gətirilən meyvə-tərəvəz məhsullarının həcmi artırılacaq: "Mən meyvə-tərəvəz məhsullarının tədarük həcminin artırılmasını təklif etdim, çünki Manqistau və Atırau vilayətlərində çatışmazlıq var. Həmçinin, biz indi kapitalın Aktaudakı terminal anbarına və ya ticarət obyektlərindən birinə çıxışı məsələsini nəzərdən keçiririk". 

Jumanqarin Azərbaycanla Qazaxıstan arasında 25-30 milyon dollarlıq malların qarşılıqlı tədarükü barədə razılığın olduğunu açıqlayıb: "Biz qənnadı məmulatlarının, akkumulyatorların tədarükü ilə bağlı müqavilələr imzaladıq və uzun fasilədən sonra transformatorlarımız Azərbaycan bazarına qayıdır".

Şərhlər

XƏBƏR LENTİ