SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

Tarix:

7-04-2023, 18:30

/ 579 dəfə oxundu.
2018-ci ilin Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2018 –ci il tarixli  Sərəncmı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edildi və növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri  2018-ci il aprelin 11-nə təyin olundu. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi. Bu prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Cənab İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə iştirak edən seçicilərin  mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq  yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan xalqının  seçimini yenidən Prezident İlham Əliyevin xeyrinə müəyyən edən bir çox amillər var idi. Beləki  cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçmiş, dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz güclənmiş, onun qüdrəti və iqtisadiyyatı daha da artmışdır. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur.2003-2018-ci illər ərzində cənab İlham Əliyevin rəhybərliyi altında ölkədə sosial infrastruktur inkişaf etmiş, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilmişdir. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılmış, sosial siyasət daim diqqət mərkəzində saxlanılmışdır.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi də daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artmış, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşmışdır. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artmışdır. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olmuşdur. 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.2003-2018-ci illərdə  eyni zamanda Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Bu  illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş,Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır.Azərbaycan xalqı həyatının bütün sahələrində inkişafı və yüksəlişi bu illər ərzində müşahidə etdi.Və 2018-ci ildə keçirilən Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Cənab İlham Əliyevə səs verməklə Azərbaycan xalqı davamlı inkişafa və siyasi sabitliyə səs vermiş oldu.
 
 Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ