Ermənistanla Azərbaycan arasında vasitəçilik geosiyasi oyun deyil - Toivo Klaar
“Cənubi Qafqaz həm də Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq tamamilə bizim marağımıza uyğundur”.
Bunu Apa-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
“Biz bütün səylərimizi göstərərək ruslara vurğulamağa çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Xanım Zaxarovanın deməyi xoşladığı kimi. Aİ üçün bu, qonşularımız olan Ermənistan və Azərbaycana münaqişə irsini aradan qaldırmaqda, onun öhdəsindən gəlməkdə kömək etməkdən ibarətdir. Yeganə marağımız budur. Çünki qonşularımız daha yaxşı vəziyyətdədirsə, biz bir o qədər yaxşıyıq və bu, bu qədər sadədir. Mən şad olardım ki, Moskvada da bunu başa düşsünlər ki, əgər, əslində, eyni məqsədimiz varsa, biz bunu, bir növ, rəqabət kimi görməkdənsə – hansı ki bu Aİ-nin perspektivindən uzaq bir yanaşmadır – bir-birimizin səylərini tamamlaya bilərik”, - deyə Toivo Klaar qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...