SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Davosda daha bir görüş keçirdi - Yenilənib

Prezident Davosda daha bir görüş keçirdi - Yenilənib

Tarix:

17-01-2023, 21:52

/ 314 dəfə oxundu.
Prezident Davosda daha bir görüş keçirdi - Yenilənib

 
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə Azərbaycan ilə "CISCO" şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini dedi.

Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulandı.

Prezident İlham Əliyev Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd etdi, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğuladı.

Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edildi.

Prezident Davosda daha bir görüş keçirdi - Yenilənib



Şərhlər

XƏBƏR LENTİ