Türkiyə Prezidentinin sözçüsü İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub
“İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.
Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb:
“Alyansın sammitinə qədər onların NATO-ya üzv olmaq istəsələr, bizim zaman məsələmiz var. Nəzərə alsaq ki, parlament seçkilərə bir müddət qalmış tətilə gedəcək, bütün bunları etmək üçün sizin (İsveç və Finlandiya – Red) 2-2,5 ay vaxtınız var”.
Kalın bildirib ki, İsveç və Finlandiyanın ərizələrinin Türkiyə parlamenti tərəfindən təsdiqlənməsi tərəflərin Ankaranın tələblərini nə dərəcədə tez yerinə yetirməsindən asılıdır. O, həmçinin əlavə edib ki, əsasən dəyişikliklər Stokholmdan tələb olunur:
“İsveç keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməyə imkan verəcək qanunların daxil edilməsi üçün daha altı ay lazımdır. Nəticədə Stokholm terror təşkilatlarına İsveçin artıq onlar üçün təhlükəsiz sığınacaq olmadığına dair siqnal göndərməlidir”.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Stokholm PKK terror təşkilatını dəstəkləyənlərə qarşı qətiyyətli tədbirlər görməyincə, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək.
Mənbə: Reuters

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...