XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » “Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

“Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri

“Azərbaycanın qərarını alqışlayıram” - İsrailin Baş naziri
18-11-2022, 16:17

“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram”.

Bunu İsrailin Baş naziri Yair Lapid öz rəsmi tviter hesabında yazıb.
Həmçinin oxuyun: Триумф стратегического партнерства Азербайджана и Израиля

Onun sözlərinə görə, Azərbaycan İsrailin vacib tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir: “Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir. Prezident İlham Əliyevə təşəkkür edirəm və ilk dəfə İsraildə təmsil olunacaq Azərbaycan xalqını təbrik edirəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.