Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - Foto
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm!
Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.
Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”

XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...