XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyənləşib

Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyənləşib

Sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyənləşib
23-04-2022, 19:35

 
Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazırdır.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlətimizin başçısı, həmçinin sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.