"Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb” - İlham Əliyev
"Mən Azərbaycan iqtisadiyyatında nə bu il, nə gələn il problem görmürəm. Xüsusən də ölkənin valyuta ehtiyatlarının artdığı bir vaxtda”.
Bu sözləri prezident İlham Əliyev Respublika Günü münasibətilə "Buta” sarayında keçirilən rəsmi qəbuldakı nitqində bildirib.
Prezident deyib ki, Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilməkdədir. İlham Əliyev TAP kəmərinin tikintisinə mane olmaq üçün törədilən təxribatlardan da danışıb. Bildirib ki, bu təxribatların məqsədi Azərbaycan qazının Avropaya çıxarılmasına mane olmaqdır.
Prezidentin sözlərinə görə, bu məqsədlə müəyyən qüvvələr böyük pullar buraxırlar, ekoloji qruplar adı altında adamlar hazırlayırlar, məqsəd isə bu layihənin həyata keçirilməsinə mane olmaq, yaxud əngəlləməkdir. "Bu təxribatların arxasında böyük pullar və siyasi məqsədlər dayanıb”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...