ATƏT sədri separatçı-terrorçu erməni rejiminin "ombudsma"nını qəbul etdi... - BU NƏDİ BELƏ?
Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz hüquq müdafiəçisi Qeqam Stepanyan cümə günü - aprelin 1-də İrəvanda ATƏT-in fəaliyyətdə olan prezidenti, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.
Xalqxeber.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Erməni şakərinə xas olaraq üzdəniraq "ombudsman" Stepanyan ATƏT sədrinə Azərbaycanın guya "koordinasiyalı, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti", "işğal olunmuş ərazilərdə erməni mədəni irsinin dağıdılması", "erməni hərbi əsirlərin və əsir götürülən mülki şəxslərin qanunsuz mühakimə olunması" və s. haqda hədyanlar söyləyib.
P.S. Təbii ki, Azərbaycan dövləti qarşısında hüquqi cavabdehliyi ilk növbədə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisində separatçılıq və terrorçuluqla məşğul olan və heç bir dünya dövləti tərəfindən tanınmayan qondarma bir qurum nümayəndəsini qəbul edən ATƏT rəhbəri daşıyır...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...