“Ukraynada vəziyyət narahatlıq yaradır" - Ceyhun Bayramov

“Ukraynada vəziyyət narahatlıq yaradır, görüşdə bu məsələ də müzakirə olundu”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan və Türkiyə bu məsələdə çox məsuliyyətli mövqe sərgiləyir:
“Rusiya və Ukrayna prezidentləri ilə aparılan danışıqlar, sülhə çağırışlar buna nümunədir. Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinə çağırır. İnanırıq ki, danışıqlarda nəticələr əldə oluna bilər. Bu gün Rusiya və Ukrayna arasında humanitar sahədə razılıq əldə olunub”.
C.Bayramov qeyd edib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə məşğuldur: “Səfirliklər və konsulluqlarımız qarşılıqlı çalışırlar. Diplomatik missiyalarımız Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoymur”. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...