SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video

“Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video

Tarix:

5-10-2021, 21:20

/ 310 dəfə oxundu.
“Dedim, “Əmək” ordenini o kişiyə verəcəyəm” - Video


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Cocuq Mərcanlı kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli Oqtay Həziyev də iştirak edib.

Prezident xatırladıb ki, O.Həziyev “Əmək” ordeni verdiyi ilk şəxsdir.

“Siz 2017-ci ildə Cocuq Mərcanlıya gələndə bizim ailənin qonağı oldunuz və dediniz ki, Qarabağ torpağı qarışına qədər azad olunacaq. Biz Sizin sayənizdə bunun bariz nümunəsini gördük.

Sizin rəhbərliyinizlə yaradılmış yenilməz Azərbaycan Ordusu və Sizin dəmir yumruğunuz, Sizin qətiyyətiniz sayəsində torpaqlarımız işğaldan azad olundu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Qazilərimizə şəfa diləyirik ki, onlar tez bir zamanda sağalıb həyata qayıtsınlar.

Çox sağ olun, cənab Prezident. Siz əsl sərkərdə, əsl Ali Baş Komandan kimi tarix yazdınız. Sizin bütün xidmətləriniz Azərbaycan xalqının gözü önündədir. Çünki işğaldan azad olunmuş bütün ərazilərdə ən yüksək səviyyədə quruculuq-abadlıq işləri gedir.

Noyabrın 10-da mənim Şuşa şəhərində yaşamağımın bir ili tamam olacaq. Orada və Qarabağın bütün ərazisində böyük, möhtəşəm, bənzəri olmayan quruculuq işləri gedir. Bu, Sizin sayənizdədir. Yəni, müharibədən çıxmış bir ölkənin bu qədər genişmiqyaslı quruculuq işləri aparması dünya tarixində görünməyib.

Sağ olun, cənab Prezident. Sizin Azərbaycan xalqı qarşısında danılmaz, böyük xidmətləriniz var. Siz əsl sərkərdəsiniz. Siz əsl Ali Baş Komandansınız. Var olun. Sizə nə qədər təşəkkür etsək, azdır.

Allah Sizin canınızı sağ eləsin. Ailənizlə, balalarınızla xoşbəxt yaşayasınız. Allah-Təala Sizi həmişə zirvədə saxlasın, Azərbaycan xalqının başı üzərində Ali Baş Komandan kimi, sərkərdə kimi qalasınız”, – görüşdə çıxış edən O.Həziyev bildirib.

“Oqtay, təşəkkür edirəm. Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Mən sonra xəbər tutdum.

Biz Cocuq Mərcanlının ətrafını təmizləyəndən sonra mən Əli müəllimdən soruşanda, dedi ki, belə bir ailə var, orada yaşayır, heç yerə getməyib. Hətta orada böyük təsərrüfatla məşğuldur və ordumuza da kömək göstərir, ərzaq göndərir.

Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim.

Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol”, - dövlət başçısı qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ