Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıtdı
Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb.
Bu ölkənin Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlar özlərinə məxsus silah, hərbi əmlak hava yolu ilə birlikdə Ankara şəhərinə daşınmışdı.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək