SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi onların məsuliyyətini artıracaq

Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi onların məsuliyyətini artıracaq

Tarix:

30-06-2021, 10:26

/ 681 dəfə oxundu.
Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi onların məsuliyyətini artıracaq

Son illərdə əsgər və zabitlərimizin xidmət şəraiti böyük dərəcədə yaxşılaşdırılıb. Bu gün hərbi şəhərciklərimizin, hərbi hissələrimizin, hərbi bazalarımızın təxminən 75-80 faizi beynəlxalq standartlara tam cavab verir. Hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət başçımızın qarşıya qoyduğu prioritet vəzifədir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında ölkə Prezidentinin sərəncamı Silahlı Qüvvələrin Ali Baş Komandanının və dövlətin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.
Sərəncama əsasən, işğaldan azad olun­muş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində nəzərdə tutulub. Dövlət başçımızın sərəncamı ilə iyunun 24-də 76 mindən artıq hərbçinin orden və medallarla təltif olunması, iyunun 25- də isə onların maaşlarına 20-60 faizi həcmində əlavələri nəzərdə tutan sərəncamın imzalan­ması bu sahədə çalışanlara diqqət və qayğının bariz nümunəsidir.
Bu sərəncamın hərbçilərin sosial-məişət şəraitini daha da yaxşılaşdıracağına, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsinə çox böyük təkan verəcək. Təbii ki, hərbi qulluqçular üçün, ilk sırada Vətənə xidmət, onu qorumaq dayanır. Bu sərəncam əsgər və zabitlərin üzərinə düşən məsuliyyəti daha da artıracaq.
Ümumiyyətlə, hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi dövlətimizin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Yeni hərbi hissələrin yaradılması və ya əsaslı şəkildə yenidən qurulması, həmçinin hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində atılan addımlar əsgər və zabitlərimizin döyüş ruhunu daha da artıracaq.
1993- cü ilin ikinci yarısınıdan başlayaraq, ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ordu quruculuğunda ardıcıl və mühüm işlərin görülməsinə imkan yaratmışdır. Həmin vaxt­dan başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirildi. Hərbçilərin so­sial müdafiəsinin gücləndirilməsi istiqamətində əsaslı işlər görüldü, mühüm əhəmiyyətli qərarlar qəbul olundu.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin müdafiə potensia­lının möhkəmləndirilməsinin və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinin prioritet vəzifə kimi qarşıya qoyulması bu sahədə tarixi əhəmiyyətli işlərin görülməsi Silahlı Qüvvələrimizi dünyanın 50 ən güclü ordusu sıralarına qoşub. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastruk­turu olan hərbi şəhərciklərin yaradılması, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması təsdiqləyir ki, dövlətimizin başçısı bu sahənin inkişaf etdirilməsini ən ümdə vəzifə kimi diqqət mərkəzində saxlayıb.
Hərbçilərə verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli vəzifəyə həsr edən hərbi qul­luqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluq­çuya Prezidentin fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçı­vanda 18 mənzil verilib.
Bütün bunlar təsdiqləyir ki, hərbçilərin sosi­al müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması prioritet vəzifələrdən biridir.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoruL

Şərhlər

XƏBƏR LENTİ