Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır
- 29-05-2021, 10:47
- 668
Region dövlətləri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin mövcud vəziyyətinə ciddi təsiretmə imkanlarına malik olan ölkəmiz beynəlxalq müstəvidə qüdrətli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasına və regional maraqlarımızın nəzərə alınmasına xüsusi önəm verir.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin söykəndiyi ana prinsiplərdən biri də balanslaşdırma siyasətidir. Azərbaycan Respublikasının geosiyasi mövqeyi və mövcud beynəlxalq vəziyyəti məhz balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini tələb edir. Azərbaycan dövləti istər regional, istərsə də beynəlxalq münasibətlər sistemində fəaliyyəti zamanı xarici siyasətinin müəyyənləşdirdiyi hər bir prioritetinə istisnasız olaraq böyük həssaslıqla yanaşır.
Regionda sistemli, ardıcıl və çoxvektorlu xarici siyasət xətti yürüdən nümunəvi dövlətə çevrilməsi amili Azərbaycanın xarici siyasət xəttinin uzunmüddətli müvəffəqiyyətinə zəmanət verən və regionda onun sabit mövcudluğuna təminat yaradan möhkəm bünövrəni təşkil edir.
Araz Hüseynov,
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi