Prezident İlham Əliyev Azərbaycan-Aİ münasibətlərindən DANIŞIB
"Münaqişə dövründə istər mənim, istərsə də isteblişment tərəfindən Aİ-yə qarşı ciddi bir tənqid görmədim”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq məsələsinə münasibət bildirərkən deyib.
“Bəli, bir sıra Aİ ölkələrinə qarşı tənqidlər var idi. Onlar Aİ ölkəsi kimi deyil, ayrıca ölkə kimi davranırdılar. İndi Ermənistan Aİ-ni yardım göstərmədiyinə görə tənqid edir. Ancaq bu böyük bir sualdır – Aİ onlara necə kömək edə bilərdi?”, – Prezident deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən Aİ ilə yeni razılaşma ilə bağlı danışıqlar dayandırılıb.
“Ancaq mən artıq bildirmişəm ki, pandemiya bitən kimi və vəziyyət az-çox sabitləşən kimi danışıqları bərpa edəcəyik. Sənədin böyük bir hissəsi artıq razılaşdırılıb, sazişin mətninin 7-8 faizini razılaşdırmaq qalır”, - dövlət başçısı deyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...