Lukaşenko sabah Azərbaycana gəlir
Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-ü Azərbaycana səfər edəcək.
Bu barədə “Belta” agentliyi Belarus Prezidentinin Mətbuat xidmətinə istinadən məlumat verib. Qeyd olunub ki, iki günlük səfər proqramı bir sıra qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsini nəzərdə tutur.
İlham Əliyevlə Aleksandr Lukaşenkonun iki görüş keçirəcəyi gözlənilir. Bunlardan biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi formatda dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.
Danışıqların rəsmi hissəsinin çərşənbə günü keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı səhiyyə, elmi-texniki, təhsil və turizm kimi aktual sahələrdə əməkdaşlıq da müzakirə olunacaq.
Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib