SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ermənilər ağlını itirib: indi də “Moskva müqaviləsinə” qarşı çıxırlar - ƏSLİNDƏ İSƏ...

Ermənilər ağlını itirib: indi də “Moskva müqaviləsinə” qarşı çıxırlar - ƏSLİNDƏ İSƏ...

Tarix:

19-03-2021, 18:44

/ 653 dəfə oxundu.
Ermənilər ağlını itirib: indi də “Moskva müqaviləsinə” qarşı çıxırlar - ƏSLİNDƏ İSƏ...

44 günlük II Qarabağ savaşında darmadağın olan ermənilər getdikcə olan-qalan ağıllarını da itirirlər. İndi də erməni siyasətçilər RSFSR və Türkiyə arasında Moskva müqaviləsinin “hüquqi qüvvəsinin qüvvədən düşməsi” tarixini açıqlayıblar-16 mart 2021-ci il.

Belə ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında indiki sərhədlər bu müqaviləyə əsasən müəyyən edilib (mənbə: “Turan”).

Ermənistan mətbuatında ölkə rəhbərliyinin Azərbaycan və Türkiyə ilə sərhəddən imtina etməsinin vacibliyi barədə bəyanatlar yayılır. Ermənistanda iddia edirlər ki, əgər bu baş verərsə, “Naxçıvan və Qarabağ erməni dövlətinin hüquqi çərçivəsində olacaq, Türkiyənin Qars əyaləti və Ararat dağı Ermənistana keçəcək”. Ermənistanda sarsaqcasına onu da iddia edirlər ki, Moskva müqaviləsinə əsasən, Naxçıvan və Qarabağ “müvəqqəti olaraq Azərbaycanın idarəçiliyinə verilib”.

Bu cür fikirlərlə zaman-zaman Ermənistanın rəsmi rəhbərliyi də çıxış edib. 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi və həmin ilin 16 mart tarixli “Moskva müqaviləsi” Türkiyənin indiyədək mövcud olan şimal-şərq sərhədini müəyyən edib. 1945-ci il Potsdam konfransında Stalin Türkiyənin qərb ərazisini Ararat dağı ilə birlikdə Ermənistan SSR-yə verməyi tələb edib. Lakin bu tələb rədd edilib, Stalinin ölümündən sonra SSRİ-nin Türkiyəyə ərazi iddiaları aradan qaldırılıb. 22 avqust 1978-ci ildə SSRİ və Türkiyə arasında imzalanmış dövlətlərarası müqavilədə tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyiblər.

Ermənistan isə Rusiyanı “Türkiyə ilə müqavilələrdən birtərəfli qaydada imtina etməyə razı salmağa çalışır”. Erməni mediası bu barədə belə yazır: “Martın 16-da ”Moskva müqaviləsi"nin imzalanmasının 100 ili tamam olur. Həmin müqaviləyə əsasən, Qars 100 il müddətinə Türkiyəyə verilib. Sənədi Leninin rəhbərli ilə Sovet Rusiyası hökuməti və Kamal Atatürkün rəhbərli ilə Türkiyə imzalayıb".

Beynəlxalq ekspertlər isə deyir ki, çətin bu gün Rusiyada elə siyasətçi tapılsın ki, həqiqətən Qars müqaviləsinin ləğvini və Zaqafqaziyaya sərhəd məsələsinin yenidən gündəmə gətirilməsini istəsin. Üstəlik, həm də o səbəbdən ki, həmin tarixi sənədlərə əsasən, Rusiya Aralıq dənizinə çıxmaq üçün Bosfor və Dardanel boğazlarından maneəsiz istifadə hüququ əldə edib...

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bunu mümkünsüz hesab edir: “Ermənilər 5 il əvvəl də Moskva və Qars müqavilələrinin 95 illiyi ilə əlaqədar mətbuatda hay-küy salmışdılar. Müqavilələrin ləğv olunmasını təklif edir, qeyri-qanuniliyini sübut etməyə çalışırdılar. O vaxt da bu məsələyə mətbuatda münasibət bildirdim, ayrıca məqalə də yazdım, rus və ingilis dillərinə çevirib paylaşdıq. Bir daha vurğulayıram ki, ermənilərin iddialarının heç bir əsası yoxdur. ”Moskva müqaviləsi" Türkiyə və Rusiya, Qars müqaviləsi isə onlardan əlavə Azərbaycanla Ermənistan arasında imzalanıb. Bu müqavilələrin heç birində vaxt məsələsi, 100 ildən sonra yenidən baxılması və sair yoxdur. “Moskva müqaviləsi”ndə Naxçıvanın Azərbaycanın tərkibində xüsusi statusla qalmasına dair ayrıca bənd yer alıb, eyni zamanda Rusiya ilə Türkiyənin sərhədləri müəyyən edilib. Dardanel və Bosfor boğazları təkcə Rusiya üçün deyil, bütün xalqların (müqavilədə dövlətlər yox , xalqlar ifadəsi işlədilib) dinc məqsədlərlə istifadəsinə verildiyi razılaşdırılıb. Bu şərtlər eyni zamanda Azərbaycan və Ermənistana dair şərtlər, o cümlədən sərhədlər məsələsi Qars müqaviləsində təsdiq olunub. “Moskva müqaviləsi”nin şərtlərinin dəyişdirilməsi ilə bağlı İkinci Dünya müharibəsindən sonra Stalin təşəbbüs etdi, Sovet İttifaqı Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdü. Bu, müharibədə qalib gəlmiş dövlətin eyforiya vəziyyətində irəli sürdüyü və reallıqdan çox uzaq olan təşəbbüs idi. Stalin tezliklə əsassız iddialarından geri çəkildi. Qərb dövlətləri Türkiyənin ərazi bütövlüyünü müdafiə etdilər. Bir sözlə, hər şey öz yerinə qayıtdı. Ermənistanın gülünc iddialarına gəldikdə, onlar başa düşmürlər ki, qurduqları dövlətə görə məhz Moskva və Qars müqavilələrinə borcludurlar. Türkiyə bu müqavilələr əsasında Ermənistanın dövlət olaraq mövcudluğuna razılıq verdi. Digər tərəfdən, bu iki müqavilənin şərtləri ötən əsrin 20-ci illərinin sonunda Rusiya və Ermənistan tərəfindən pozulub. Belə ki, həmin müqavilələrə görə, Mehri-Nüvədi ərazisi Azərbaycanın Zəngilan rayonuna daxil idi. SSRİ rəhbərliyinin qərarı ilə həmin ərazilər 1927-1929-cu illərdə Ermənistana verildi. Moskva bu qərarını Türkiyə ilə razılaşdırmadı, bununla da Moskva və Qars müqavilələrini pozmuş oldu. Bu gün Azərbaycan və Türkiyənin tam haqqı var ki, beynəlxalq məhkəmələrdə müqavilələrin həmin bəndlərinin bərpa olunmasını, həmin ərazilərin Azərbaycana qaytarılmasını tələb etsin. Ona görə də ermənilər sarsaqlıqları ucbatından həmişə olduğu kimi, asqırırlar ki, irəli düşsünlər, yumşaq desək, öskürüb geri düşürlər. Bu dəfə də elə olacaq".

Siyasi şərhçi Əhəd Məmmədli isə dedi ki, ermənilərin başlarını itirmələri bizə sərf edir: “Nə qədər başlarını itirəcəklərsə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcəklərsə, o qədər imkanlarımız artacaq ki, Zəngəzur, Göyçə və digər tarixi torpaqlarımızı geri qaytaraq. Düzdür, Ermənistan hökumətinin bununla bağlı rəsmi mövqedən çıxış edəcəyini gözləmirəm. Ən azından indi bu mümkün deyil. Hazırda Ermənistan darmadağın vəziyyətdədir. Orada xaos hökm sürür. Hansısa politoloqların, rəsmi vəzifə daşımayan şəxslərin açıqlamaları rəsmi İrəvanın mövqeyi anlamına gəlməməlidir. Hansı ordu ilə iddia ortaya qoya bilərlər? Ramzan Kadırovun başıpozuq silahlı dəstəsi var. Həmin dəstə hazırda Ermənistan ordusundan daha güclüdür. Ermənistanın bu cür səhvlərindən yararlanmalıyıq. Rusiyaya gəldikdə, indiki vəziyyətdə Kreml ermənilərin avantürasına gedən deyil. Hətta əgər rəsmi İrəvan tərəfindən ağılsız şəkildə ərazi iddiaları səslənsə, əmin olun ki, Rusiya Ermənistanı bu cür iddialardan geri çəkilməyə çağıracaq”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ