XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizn əsasıdır

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizn əsasıdır

Ulu Öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizn əsasıdır
11-03-2021, 17:26

Beynəlxalq aləmdə zəngin təcrübəsi, biliyi və idarəetmədə peşəkarlığı olan Liderlər arasında öndə duran Ulu Öndərimiz Heydər Əliyevin ətrafında yaradılan YAP bütün dünyada siyası qüvvəyə çevrilib. Onun ölkəmizin mütərəqqi insanlarını öz ətrafında birləşdirməsi çalışdığı dövr ərzində əsl vətənpərvərliyinin və xalqına sadiqliyinin bariz nümunəsidir.
Ulu Öndərin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. 1969-cu ildən Azərbaycana rəhbərlik etməyə başlayanda Sovetlər İttifaqı tərkibində olan və daim inkişafdan qalan ölkəmiz 1982-ci illərdə artıq özünün dirçəliş dövrünü yaşayırdı. Həm sənaye, həm də kənd təsərrüfatı sahəsindəki naliyyətlər böyük inkişafdan xəbər verirdi.
1993-cü ildə xalqımızın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilən Ulu Öndər Milli Dövlətçiliyimizn əsasını qoydu. 20 yanvar faciəsinə siyasi qiymət verən Prezident Xalq Cəbhəsi – Müsavat cütlüyünün tətbiq etdiyi senzuranı ləğv etdi.
Artıq beynəlxalq təcriddən çıxan Azərbaycan hörmət və izzətə sahib ölkə kimi tanınmağa başladı. Atılan addımlar və qəbul edilən qərarlar artıq Azərbaycanın davamlı inkişafının təmin edilməsindən xəbər verirdi. Artıq ölkəmizdə vahid rəhbərlik dövrü başlanmışdı. Ordu quruculuğuna start verildi. Yaradılan güclü ordu və kadr siyasəti bu gün də öz töhfələrini verməkdədir. Ölkəmizdə gələcəyin yaxşı planlaşdırılması, müstəqilliyimizin qorunması, uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi Dövlətimizin milli maraqlarının qorunmasına dəlalət edir.
Bu gün Azərbaycanda Ulu Öndərimizin layiqli davamçısı, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar istər gündəlik həyatda, sosial sahədə əldə edilmiş naliyyətlərdə, istərsə də ölkəmizin iqtisadi göstəricilərinin əldə olunmasında özünü büruzə verir. Ölkəmizdə davamlı iqtisadi inkişaf üçün bütün amillər vardır.
44 günə başa gələn Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Müharibənin ilk günündən hiss olunurdu ki, mənəvi üstünlük haqlı olanın, yəni bizim tərəfimizdədir. Məqsədimiz ərazi bütövlüyümüzün bərpası və işğalçıları torpaqlarımızdan qovmaq idi.
Uzun illər tarixin təhrif olunmasına çalışan, ölkəmizin ərazisinin 20%-ni işğal altında saxlayan, 1 milyondan artıq qaçqın və məcburi köçkün olmasına səbəb olan Ermənistan güclü ordumuza rəhbərlik edən Ali Baş Komandanın dəmir yumruğunu gördü. Artıq bu gün Qarabağımızda zəfər çalan Azərbaycan işğaldan azad olunan torpaqlarımızda yeni quruculuq işləri aparır. Artıq tarixi ədalət bərpa olundu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, şanlı qələbəmiz ötən illərin ən önəmli hadisəsi kimi yadda qalacaq.
Ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdən biri kimi daim gündəmdə olmalıdır. Çünki, beynəlxalq əməkdaşlıq milli maraqlar əsasında müəyyən olunur.
Bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilən Azərbaycan hərbi sahədə belə öz sözünü deyən güc faktoru olduğunu sübut etdi. Ordumuzun güclü olması öz sözünü dedi. Çünki, güc çox şeyi həll edir. Güclü ordusu və təcrübəli Ali Baş Komandanı olan ölkə həmişə qalibdir.

Emin Ağayev
Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin mühasibi, gənc

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.