SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Qafqaz əjdahası” - Azərbaycan təkcə torpaqları yox, erməni xalqını da azad edib!..

“Qafqaz əjdahası” - Azərbaycan təkcə torpaqları yox, erməni xalqını da azad edib!..

Tarix:

2-03-2021, 09:37

/ 619 dəfə oxundu.
“Qafqaz əjdahası” - Azərbaycan təkcə torpaqları yox, erməni xalqını da azad edib!..

Bölgə yalnız qalib ölkə hesabına gülüstan olacaq; Qərb nəşri: “Azərbaycan sayəsində region unikal iqtisadi, turizm və mədəni cazibə mərkəzinə çevrilə bilər...”
Prezident İlham Əliyev ötən həftəsonu yerli və xarici jurnalistlər üçün onlayn formatda keçirdiyi mətbuat konfransında Azərbaycanın bölgədə artıq yeni bir reallıq yaratdığını bir daha vurğuladı. Növbəti dəfə qeyd elədi ki, bu reallıq regionun bütün ölkələrinin, bütövlükdə bölgənin faydasına olacaq, əgər hamı onu qəbul eləsə.

Yəni bu, Azərbaycanın yaratdığı çox nadir şansdır, ən əvvəl də böhranlı durumda olan Ermənistan üçün. Ölkə rəhbəri bu xüsusda onu da qeyd elədi ki, əgər rəsmi İrəvan Bakının çağırışlarına vaxtında məhəl qoysaydı, işğalçı siyasətdən imtina eləsəydi, nə blokadaya məruz qalar, nə də indiki rəzil duruma tuş gələrdi.

Sitat: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Ümid edirəm ki, oradakı vəziyyətə baxmayaraq, 10 noyabr bəyanatı icra ediləcək. Əks təqdirdə, Ermənistan daha ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Ermənistan qarşısında bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbulu 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə, onlar üçün daha böyük problemlər yarana bilər”.

*****

Kapitulyasiya edən ölkədə isə qarışıq vəziyyət davam edir. 44 günlük müharibədən sonrakı yeni gerçəyi orada nəinki radikal və revanşist müxalifət qüvvələri, həmçinin hakimiyyətin bir sıra yüksək çinli təmsilçiləri (məsələn, xarici işlər naziri Ara Ayvazyan) da yaxına buraxmaq istəmir, köhnə xülyalarla yaşayır, üçtərəfli sazişi təftiş eləməklə Ermənistan üçün olduqca təhlükəli oyunlara baş vurmağa cəhd edirlər.

Qonşu ölkədə dominantlıq təşkil edən belə davakar ritorika isə sözsüz ki, onun xalqına yaxşı heç nə vəd eləmir və Ermənistan əhalisinin normal inkişaf yoluna çıxmasını, sadəcə, yubadır, hətta əlçatmaz edir. Çünki artıq Ermənistanın xaricdəki ən sadiq dostları belə etiraf edirlər ki, qonşu Azərbaycan və Türkiyə ilə təcili əlaqələr qurulmadan Ermənistanın inkişaf perspektivi yoxdur.

*****

Fransalı ekspert: “Azərbaycanın yürütdüyü siyasət regionun maraqlarına xidmət edir”

Bu mənada “General de Europe” jurnalında siyasi elmlər doktoru və Yaxın Şərq üzrə tədqiqatçı fransız Sebastian Bussuanın “Qarabağın bərpası və qonşu ölkələr arasında əlaqələrin inkişafı - coğrafi çağırış” adlı məqaləsi diqqət çəkir.

“Yeni Müsavat”ın xarici nəşrə istinadən verdiyi xəbərə görə, məqalədə Cənubi Qafqazdakı müharibənin artıq sona çatdığı, ancaq Azərbaycanın bir çox öhdəliklərinin olduğu deyilir: “Ölkə indi Ermənistanla münasibətləri normallaşdırmaq, eləcə də Qarabağı bərpa etmək və yüz minlərlə məcburi köçkünü öz yurd yerlərinə qaytarmaq üçün böyük səylər göstərməlidir. Ancaq vəziyyət olduqca qəlizdir. Ona görə ki, 27 il ərzində ermənilər nəinki işğal olunmuş ərazilərdə hansısa quruculuq işi aparmayıblar, həm də bütün mövcud infrastrukturu məhv ediblər. Azərbaycan indi ilk növbədə ərazilərin minalardan təmizlənməsi üçün nəhəng iş görməlidir. Bu, həmçinin multikultural bölgəni turizm və qoruq zonasına çevirmək baxımından ölkə üçün misilsiz fürsətdir”.

Materialda Azərbaycanın iki xalq arasında münasibətləri normallaşdırmağa çağırdığı vurğulanır. “Bu da onun mədəni və etnik müxtəlifliyindən qaynaqlanır”, - deyə bildirilir.

Müəllifə görə, regional iqtisadi əməkdaşlıq avropalıların bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində olan Ermənistana kömək edə biləcəklər. “İstənilən halda, iki ölkə arasında davamlı sülh daha çox iqtisadiyyatdan asılıdır. Ona görə də iqtisadi maraqların üst-üstə düşməsi son dərəcə vacibdir”, - deyə tədqiqatçı qeyd edib.

Şuşanın işğaldan azad edilməsi xəbərini Prezidentə məruzə edən zabit - DOSYE - Modern.Az Azərbaycan və dünya xəbərləri

Sonda əcnəbi mütəxəssis Azərbaycanı “Qafqaz əjdahası”, Ermənistanı isə kasıb və hamıdan təcrid olunmuş, dənizə çıxışı olmayan ölkə adlandıraraq əlavə edib: “Hazırda məhz Azərbaycan regional ansamblı canlandırmaq və bölgəni bütün tərəflərin maraqlarına cavab verən unikal turizm, iqtisadi və mədəni cazibə mərkəzinə çevirmək potensialına sahibdir”.

*****

Maksim Şevçenko: "Azərbaycan Ordusu Qarabağ düyününü açmağa doğru gedir"

Bu yerdə tanınmış rus jurnalist, ictimai-siyasi xadim və politoloq Maksim Şevçenkonun aşağıdakı fikri ilə də razılaşmamaq mümkünsüzdür. Şevçenko deyib ki, II Qarabağ müharibəsində qalib gələn Azərbaycan erməni xalqını da azad edib və ermənilər bunu nə vaxtsa dərk edəcək.

“Düşünürəm ki, onlar artıq bunu dərk etməyə başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar döyüşməməli, Strabon və Herodotun dövründə burada kimin yaşadığını düşünməməlidirlər. Əksinə, yolların necə qurulacağı, turistlərin necə cəlb olunacağı, ortaq müəssisələrin necə açılacağı haqda fikirləşməlidirlər. Sərhədlər açılmalı, insanlar millətçilikdən imtina etməlidirlər”, - deyə ekspert qeyd edib.

Təbii ki, Şevçenko erməniləri nəzərdə tutur. Ultra-millətçilikdən imtina üçün isə öncə miflərdən imtina edilməlidir. Özü də təcili. Ona görə ki, zaman gözləmir. Erməni xalqı, nəhayət, anlamalıdır ki, əməkdaşlığın əksi onu yalnız uçuruma aparır və ona sonsuz iztirablar vəd edir. Yalnız “Qafqaz əjdahası” Azərbaycanla barışıq Ermənistanı xilas edə bilər, nəinki təzədən işğalçı ordu yaratmaq haqda xam xəyallar!..

“Yeni Müsavat"

Şərhlər

XƏBƏR LENTİ