SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentin xüsusi nümayəndəsi və onun müavini vəzifəsi yaradılır

Prezidentin xüsusi nümayəndəsi və onun müavini vəzifəsi yaradılır

Tarix:

4-02-2021, 22:52

/ 734 dəfə oxundu.
Prezidentin xüsusi nümayəndəsi və onun müavini vəzifəsi yaradılır

Azərbaycanda iki yeni vəzifə yaradılır.

Məlumata görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifələri təsis edilib.

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib. Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydası açıqlanıb. Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında" Əsasnamədə öz əksini tapıb.

Sənədə əsasən, xüsusi nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.

Xüsusi nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidə xüsusi nümayəndəsi (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edir. Xüsusi nümayəndə xüsusi nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Xüsusi nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini ola bilər. Xüsusi nümayəndənin müavini xüsusi nümayəndənin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və buna görə şəxsən məsuliyyət daşıyır.

Xüsusi nümayəndə, onun müavini, xüsusi nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.

Xüsusi nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri həyata keçirir.

Şərhlər

XƏBƏR LENTİ