SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - Prezidentdən SƏRƏNCAM

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - Prezidentdən SƏRƏNCAM

Tarix:

3-02-2021, 19:19

/ 748 dəfə oxundu.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilir - Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil ediləcək.

Məhkəmə-Hüquq Şurasına tövsiyə olunub ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün; maliyyə təminatı Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

XƏBƏR LENTİ