Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərləri görüşdü
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib.
Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Eyni zamanda zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...