SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”

Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”

Tarix:

12-11-2020, 12:48

/ 1 118 dəfə oxundu.
Minsk Qrupu necə TARİXƏ ÇEVRİLDİ... - “O ölüb və basdırılıb”

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı bəyanat yeni vəziyyət yaradıb. Belə ki, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı gedən proses faktiki olaraq artıq ATƏT-in Minsk Qrupu çərçivəsində getmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün ortaq bir işçi qrupu yaratmağı təklif edib. Bu barədə “CNN Türk” telekanalı diplomatik mənbələrə istinadən xəbər verib. Mənbənin məlumatına görə, Ərdoğan bu təklifi noyabrın 7-də Putinlə telefon danışıqlarında irəli sürüb. İddiaya görə, yaxın günlərdə Qarabağla bağlı danışıqlar ikitərəfli formata çevrilə bilər, Bu, ATƏT-in Minsk Qrupundan kənarda işləyəcək. Yeni qrup siyasi həll prosesinə rəhbərlik etmək üçün atəşkəsdən sonra tədbirlər hazırlayacaq. Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, Alexandr Perendjiev də deyib ki, Azərbaycan problemi özü həll etdiyi üçün daha vasitəşilərə ehtiyacı qalmayıb.

Beləliklə, artıq söyləmək olarmı ATƏT-in Minsk Qrupu tarix olur və belə bir vasitəçiyə ehtiyacımız qalmadı?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib ki, əslində Minsk Qrupu artıq yoxdur: “Fransanın xarici işlər naziri Jean-Yves Le Drian deyir ki, Azərbaycan və Ermənistan oturub Dağlıq-Qarabağın statusunu müəyyyən etməlidirlər. Fransa da Minsk Qrupunun üzvü kimi fəal iştirakı olmağa hazırdır.

Minsk Qrupu yoxdur, o ölüb və basdırılıb. Nə Minsk Qrupu? O nə edib ki? İndi də ortaya atılıb ara qarışdırmaq istəyir? Qarabağda bulanıq suda balıq tutan az idi, qalmışdı Minsk Qrupu. Bunlar Qarabağı eksperimental poliqona çevirmək istəyirlər, amma yanılırlar".

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə bildirdi ki, Minsk Qrupu, xüsusilə onun həmsədrlik institutu olan üçlü format defakto mövcudluğunu itirib: “Bu barədə bizim partiyanın noyabrın 11-də xüsusi bəyanatı da verilib. 27 il bundan qabaq, 1993-ci il noyabrın 12-də Birləşmiş Millliətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının qəbul etdiyi 884 saylı Qətnamənin növbəti ildönümüdür. Bu qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi.

Sonda isə əvvəl qəbul edilmiş 822 saylı (Kəlbəcərin işğalından sonra qəbul edilmişdir) Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 853 və 874 saylı BMT Təhlükəsizlik Şurasının qətnamələri də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və digər işğal edilmiş Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi.

Bu qətnamələr qəbul olunmuşdu, lakin heç bir beynəlxalq təşkilat, o cümlədən Minsk Qrupu hamının gözü qarşısında baş verən işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Və bu qətnamələr sadəcə kağız üzərində qalmışdı.

Yaradıldığı gündən ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermədi.

ATƏT-in Minsk Qrupunun “fəaliyyətinə” Azərbaycan müzəffər ordusu son qoydu. Azərbaycan əsgəri BMT-nin 4 qətnaməsini özü həyata keçirərək, erməni işğalına son qoydu, tarixi Azərbaycan torpaqlarını azad etdi.

Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupu öz tarixi missiyasını həyata keçirə bilmədiyinə görə artıq keçmiş tarixdir. ATƏT-in Minsk Qrupunun 11 üzvü olmasına baxmayaraq, üç həmsədr ölkə bu qrupu təsir altında saxlayırdı. Xüsusilə bu məsələdə canfəşanlıq edən Fransa. Sentyabrın 27-dən başlayaraq Fransa öz ermənipərəst mövqeyini gizlədə bilməyib və açıq şəkildə erməni işğalçılarına dəstək verib. Bu fakt da artıq Fransanın vasitəçiliyinin üstündən xətt çəkib və Minsk Qrupu, onun üçlü formatı artıq defakto mövcudluğunu itirib".
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ