Pakistan Azərbaycanı təbrik etdi
Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb.
Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
“Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib.Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni bir fürsət yaradır. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik”, - açıqlamada qeyd olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...