Üç ölkədən Azərbaycana qarşı təxribat: Ermənistanı silahlandırırlar...
"Belçika, Fransa və İslandiyadan Ermənistana silah göndərilməsinə dair xəbərlər doğrudursa, onda bu ölkələr BMT-nin müvafiq konvensiyanı pozmuş sayıla bilərlər”.
Bu barədə millət vəkili Erkin Qədirli sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili bir sıra Avropa dövlətlərinin işğalçı Ermənistanı silahlandırmasına diqqət çəkib:
"BMT-nin Silah Ticarəti haqqında konvensiyası var, 2014-cü ildə qüvvəyə minib. Rusiya onun iştirakçısı deyil. Amma Belçikadan, Fransadan, İslandiyadan və s. Ermənistana silah göndərilməsinə dair xəbərlər doğrudursa, onda bu ölkələr həmin konvensiyanı pozmuş sayıla bilərlər. Çünki onlar bu konvensiyanın iştirakçılarıdır. İkinci, konvensiyada silah ticarətinin dövlətlərin ərazi bütövlüyünə qarşı yönəldilməməsi ilə bağlı prinsip vardır.
Azərbaycana silah satanlar isə konvensiyanı pozmuş sayıla bilməzlər, çünki konvensiyanın prinsiplərindən biri və birincisi - dövlətlərin ayrılmaz olan özünü fərdi və ya kollektiv müdafiə haqqıdır. Azərbaycan da bu haqdan yararlanmağa çalışır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək