“Bu, çox aşağılayıcı bir hərəkətdir” - Aydın Mirzəzadə
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərarına münasibət bildirib.
Millət vəkili bildirib ki, bu, Türkiyəyə qarşı qəbul edilmiş hüquqa zidd və ədalətsiz qərardır: “ Eyni zamanda Avropanın müəyyən dairələrinin Türkiyəyə qarşı artıq uzun müddətdir ki, apardığı antitürkiyə siyasətinin tərkib hissəsidir. Belə ki, ötən il Almaniya Parlamentinin uydurma soyqırımı tanıması, bir neçə ay bundan əvvəl Avropanın bir neçə ölkəsində Türkiyədə keçiriləcək referendumla bağlı təşkil edilən tədbirlər, hətta xanım nazirin zorla ölkədən çıxarılması , sonda isə tələsik hazırlanaraq prosedur qaydalarını pozaraq qərar qəbul edilməsi heç bir hüquq normasına uyğun gəlmir. Bu qərar Türkiyəni qeyri-demokratik olmaqda, insan hüquqlarını pozmaqda ittiham etməkdir. 13 il əvvəl monitoriq prosesindən çıxmış bir ölkəni yenidən monitorinq prosesinə qaytarmağın özü də çox aşağılayıcı bir hərəkətdir. Türkiyə bu gün Avropaya insan hüquqlarının qorunmasında nümunədir. Onlar unudurlar ki, Türkiyə dünya siyasətinin vacib iştirakçılarından biridir. Avropa Şurasının yaradanlardan biri Türkiyədir. Avropa Şurasının indiki nüfuza çatmasında Türkiyənin böyük rolu var.
Bununla belə, Türkiyədəki referenduma tələsik aşağı qiymət verilməsi, Türkiyənin insan hüquqlarını pozulmasında ittiham edilməsinin heç bir əsası yoxdur. Bu cür hərəkətlər Avropaya başucalığı gətirmir. Türkiyəsiz Avropanın heç bir inkişafı ola bilməz. Vaxtilə Azərbaycana da Avropa Şurası tərəfindən bu cür hərəkətlər edilib. Ona görə də biz də eyni taleyi yaşamış ölkə kimi Türkiyənin yanındayıq”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...