Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik etdi
Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri, hörmətli birinci xanım,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyətiniz Sizə əhali arasında böyük hörmət, beynəlxalq arenada layiqli imic və ehtiram qazandırıb.
Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondu uzun illər ərzində elm, səhiyyə, mədəniyyət və incəsənət, idman və ekologiya sahələrində həyata keçirilən bir sıra mühüm layihələr sayəsində böyük nüfuz qazanıb.
Mən Sizin şəxsinizdə Şərqin gözəl və müdrik, sosial baxımdan fəal və çox yüksək intellektə malik Azərbaycan qadınının parlaq rəmzini görürəm. Xüsusi qeyd etmək istəyirəm ki, Siz təkcə təcrübəli siyasətçi və dövlət xadimi deyil, həm də ölkənin beynəlxalq imicinin möhkəmlənməsi üçün fəal səy göstərən sədaqətli və fədakar şəxsiyyətsiniz.
Həyatınızın bu əlamətdar hadisəsi münasibətilə Zati-alinizə və ailənizin bütün üzvlərinə möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq, məsul və nəcib fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...