İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev bu gün Avstriyanın keçmiş prezidenti Haynts Fişeri qəbul edib.
xalqxeber.az-ın xəbərinə görə, ölkəmizin başçısı Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar. Prezident İlham Əliyev və Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Görüşdə həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək