SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Adil Əliyev: Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz

Adil Əliyev: Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz

Tarix:

28-04-2020, 11:20

/ 1 641 dəfə oxundu.
Adil Əliyev: Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan Cümhuriyyətinin XXI Qızıl Ordu tərəfindən işğalının 100 illiyi tamam olur. Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə iki il əvvəl Cümhuriyyətimizin 100 illiyini qeyd etmişdik, 2018-ci il ərzində müxtəlif tədbirlər həyata keçirildi. Üstündən iki keçib, bu gün isə Azərbaycan tarixindəki qara səhifəni qeyd edirik. Əslində 1917-ci ildə Rusiyada çarın taxtdan inqilab yolu ilə düşürülməsiylə imperiya dağıldı, bir çox xalqlar kimi Azərbaycan da müstəqilliyini elan etdi. Ancaq Rusiyada çevriliş edən bolşeviklər çar üsul-idarəsini dağıtsalar da, imperiya “ənənəsini” başqa ad altında bərpa etməyə qərar verdilər.

Qarışıq dövr idi. Birinci Dünya Müharibəsi və Rusiyanın özündə vətəndaş müharibəsi yenicə bitmişdi, qardaş Türkiyədə böyük Atatürkün rəhbərliyi ilə imperialistlərə qarşı ölüm-dirim savaşı gedirdi. Rus bolşevikləri mövcud vəziyyətdən istifadə edərək qurduqları Qızıl Ordunu ətraf ölkələri işğal etmək üçün səfərbər etdilər. Tam işğal kimi görünməsin deyə yerlərdə bolşeviklərdən ibarət tərəfdar qrupları formalaşdırdılar. Məhz həmin satqın qruplar işğalın reallaşmasına haqq qazandırdılar. Boşlevik ordusu Azərbaycanın sərhədlərinə yaxınlaşarkən, Azərbaycan Milli Ordusu Dağlıq Qarabağda erməni separatçılarıyla mübarizə aparırdı. Buna baxmayaraq, Azərbaycan Cümhuriyyəti asanlıqla təslim olmadı. Sərhəddəki Yalama stansiyasında Azərbaycan hərbçiləri qeyri-bərabər döyüşdə 350 itki verdi. Allah Azərbaycanın müstəqilliyi uğrunda savaşan şəhidlərimizə rəhmət eləsin!

Cümhuriyyət qurucularından Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Bəli, həmin bayraq enmədi, unudulmadı, 70 ildən sonra həmin bayrağı böyük öndərimiz Heydər Əliyev Naxçıvanda qaldırdı. Halbuki, Bakıda hələ işğalın rəmzi olan Azərbaycan SSRİ-nin bayrağı dalğalanırdı.
Cəmi iki il ömrü olan Cümhuriyyətimizin süqutu və məmləkətimizin işğalı bizə nəyi öyrətdi? Azərbaycan ordusu, iqtisadiyyatı güclü olmalıdır! Bu bizi bütün təhlükələrdən sığortalayır! Bu baxımdan öndərimiz Heydər Əliyevin başlatdığı və cənab prezident İlham Əliyevin sabitlik və inkişaf üzərində qurduğu siyasətin alternativi yoxdur!

Adil Əliyev
Milli Məclis sədrinin müavini

Şərhlər

XƏBƏR LENTİ