Bu gün Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.
KALE adlanan yeni binanın açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.
Tədbirə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev də qatılıb. DTX rəisi Türkiyə Prezidenti ilə yanaşı, bu ölkənin MİT başqanı Hakan Fidanla da görüşüb.