SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İş qrafikim çox gərgindir, istirahət günlərim yoxdur - Prezident

İş qrafikim çox gərgindir, istirahət günlərim yoxdur - Prezident

Tarix:

24-12-2019, 00:49

/ 813 dəfə oxundu.
İş qrafikim çox gərgindir, istirahət günlərim yoxdur - Prezident

Son müddət ərzində mənim bəzi daxili görüşlərim ictimailəşdirildi və hesab edirəm ki, buna ehtiyac var. Onu da bildirməliyəm ki, mənim iş qrafikim çox gərgindir.

Bunu Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.
Ölkə başçısı bildirib: "Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. Ona görə ictimaiyyətə təqdim olunan bəzi daxili görüşlər mənim iş qrafikimdə bəlkə də 5-10 faiz təşkil edir. Ancaq buna ehtiyac var. Həm də bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir".

Şərhlər

XƏBƏR LENTİ