XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
17-12-2019, 23:09

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.
Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.