Milli Məclisdə QALMAQAL- Asim Mollazadə və İsa Həbibbəylinin mübahisəsi
Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevin deputat Asim Mollazadə və komitə sədri İsa Həbibbəyli ilə mübahisəsi düşüb.
Mübahisəyə səbəb xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün təsisçilik hüququnun verilməsi olub. Ş.Hacıyev çıxışında bildirib ki, yeni hazırlanan qanun layihəsi ilə bundan əvvəl qəbul olunmuş ”Təhsil haqqında” qanun layihəsi arasında ziddiyətlər var: “Ziddiyətlər bir neçə hissədən ibarətdir. Amma mən bunlardan birinin üzərində dayanacam. Məsələn, xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun verilməsini bu layihədə qeyd etmək lazımdır”.
Deputatın sözünü yarımçıq kəsməyə cəhd edən komitə sədri İ.Həbibbəylidən sərt reaksiya verərək mübahisə açmamağı, çıxışına imkan verməyi tələb edib.
Ş.Hacıyev davam edərək bildirib ki, bir var tədris, bir var təsisçilik: “Bunlar fərqli anlayışdır. Biz onlara təsisçilik hüququnu verməliyik. Necə ki, “Təhsil haqqında” qanunda bu var. Əgər biz təhsilin inkişafını istəyiriksə, niyə buna şərait yaratmırıq?”. Bu zaman deputat Asim Mollazadə Ş.Hacıyevə irad tutaraq bildirib ki, həmin sərməyadarlar belə olan halda ölkədə iz prinsiplərini yayacaqlar.
Deputatın ona reaksiyası sərt olub: ”A kişi, məscid tikmirlər ki, gəlib burada vəhhabiliyi yaysınlar! Bu, məktəbəqədər təhsil müəssisəsidir”.
Sonda İ.Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərməyadarlar dövlət üçün əhəmiyyətli deyil: “Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm həm təhlükəsizlik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik”.
ölke.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək