SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Bu, YAP-ın siyasi mədəniyyətini göstərir” - Əli Hüseynli

"Bu, YAP-ın siyasi mədəniyyətini göstərir” - Əli Hüseynli

Tarix:

2-12-2019, 13:10

/ 718 dəfə oxundu.
"Bu, YAP-ın siyasi mədəniyyətini göstərir” - Əli Hüseynli

"2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O vurğulayıb ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirilib.

“Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə, hakimiyyətini əhatə etmiş oldu”.

O qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir”.

Ə. Hüseynli hesab edir ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yanlış yanaşmadır: “Çünki bu məsələ konstitusiyasının 98-ci maddəsində qeyd olunub. MM-in buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.

Şərhlər

XƏBƏR LENTİ